fbpx

Bakıda COP29 çərçivəsində ÜMT-nin hesabatı təqdim edildi



Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatı təqdim edilib.

BEY.AZ xəbər verir ki, hesabatda Paris Sazişinin geniş miqyaslı məqsədlərinin ciddi təhlükə altında olduğu vurğulanır.

Hesabatın təqdimatında təşkilatın baş katibi Seleste Saulo giriş nitqi ilə çıxış edib.

“Aylıq və illik istiləşmə göstəricilərinin müvəqqəti olaraq 1,5°C-i keçməsi Paris Sazişinin qlobal orta temperaturun sənayeləşmə dövrünə qədərki səviyyə ilə müqayisədə 2°C-dən xeyli aşağı saxlanılması və qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq səylərinin davam etdirilməsi məqsədinə nail ola bilmədiyimiz demək deyil”, – o bildirib.

Baş katib qeyd edib ki, temperaturla bağlı istənilən dəyişiklik əhəmiyyət kəsb edir.

“Temperaturun 1,5°C-dən aşağı və ya yuxarı olmasından asılı olmayaraq, onun yüksəlməsi ekstremal iqlim hadisələrini gücləndirir, nəticə və riskləri artırır”, – S.Saulo qeyd edib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin