fbpx

Bakıda COP29 Sədrliyi çərçivəsində təlim seminarı keçirilir

Rüya Yorumları burda


Bakıda COP29 sədrliyinin iqlim şəffaflığı təşəbbüsləri çərçivəsində “IPCC inventar proqramı və bu proqramın UNFCCC hesabatlılıq mexanizmi ilə bağlılığı” mövzusunda təlim seminarı keçirilir.

BEY.AZ xəbər verir ki, tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) birgə təşkilatçılığı ilə baş tutub.

Sözügedən təlim seminarının məqsədi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üçün UNFCCC tərəfindən təqdim edilən hesabatlılıq mexanizminin tətbiqi və istixana qazı emissiyalarının hesablanması üçün IPCC-nin yeni proqram təminatı ilə əlaqədar yerli və xarici mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlim seminarının açılışında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva iqlim sahəsində şəffaflığın təmin edilməsi və istixana qazı emissiyalarının inventarlaşdırılması sahəsində bacarıqların artırılmasının iqlim dəyişmələrii ilə mübarizə istiqamətində vacibliyini vurğulayıb.

Üç gün davam edəcək təlim seminarında Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 100-dən çox ölkədən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edir.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu