Bakıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Agentlikdən Metbuat.az-a verilən xəbərə görə, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin istehsal olunan çörəklərin üzərində məhsula dair markalanmanın mövcud olmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.