fbpx

Bakıda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


COVID-19-a yoluxan və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki hamilələrdən biri üçəm, digəri isə dördəm dünyaya gətirib.

Bu barədə Metbuat.az-a KTM-dən məlumat verilib.

Belə ki, yanvarın 26-da mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib: “Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

Rüya tabirlerini burdan oku

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti sabit, ikisinin vəziyyəti isə ağır olaraq qalır”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu