Bakıda dənizə düşən şəxs xilas edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Bu barədə Metbuat.az FHN-ə istinadla xəbər verir.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Dənizkənarı Milli Parkın ərazisində dənizə düşən şəxsin xilas edilməsinin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.