fbpx

Bakıda daha 6 narkokuryer saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat nəticəsində paytaxt sakinləri Rafət Əliyev və Lətif İmanov, həmçinin onların narkokuryerliyə cəlb etdikləri daha 4 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Bu şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın heroin, metamfetamin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları və elektron tərəzilər aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.

Faktlarla bağlı Nəsimi Rayon Polsi İdarəsini İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin