Bakıda diqqətsizlik qəzaya səbəb oldu
“Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur”.
BEY.AZ xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır:
“Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir”.
Aeroport şosesində qeydə alınan sözügedən hadisələrdən birinin videosunu təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |