fbpx

Bakıda dizellə işləyən avtomobillər qadağan oluna bilər?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir sıra Avropa ölkələrində artıq dizel mühərrikli avtomobillərin hərəkəti qadağan edilib.

Dizellə işləyən avtomobillər yanacağa və büdcəyə qənaət baxımından daha sərfəli olduğu üçün ölkəmizdə və dünyada belə avtomobillərə böyük maraq var. Lakin insan və ətraf mühitin sağlamlığına mənfi təsir göstərdiyi üçün Avropada bu nəqliyyat vasitələrinə yavaş-yavaş qadağa qoyulur.

Mütəxəssislərin fikrincə, uzun illərdir dizel avtomobillərindən buraxılan qazların və zərərli maddələrin insan sağlamlığı üçün təhlükəli olduğu qeyd edilir. Dizel avtomobillərindən buraxılan qazlar tənəffüs, ürək-damar xəstəliklərinə səbəb olur. Eyni zamanda bu avtomobillər havanı və ətraf mühiti birbaşa çirkləndirməklə yanaşı, buraxdıqları karbon emissiyaları səbəbindən qlobal istiləşməyə və iqlim dəyişikliyinə səbəb olur. Elə bu səbəbdən də əksər ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinə qadağa qoyulur. Avropanın aparıcı ölkələrindən sonra Qazaxıstanda da dizellə işləyən avtomobillərin istismarı qadağan edilir. Dost ölkədə bu layihə ilkin mərhələdə Almatı şəhərində reallaşdırılacaq. Layihənin məqsədi ətraf mühiti qorumaq, ekoloji tarazlığı bərpa etməkdir.

Metbuat.az xəbər verir ki, musavat.com bu barədə məqalə hazırlayıb.

Azərbaycanda da ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür. Bu ilin əvvəlində bu haqda mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulan istiqamətlərdən biri ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır. Bu baxımdan ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü, misal üçün sıxılmış təbii qaz ilə işləyən) istifadənin stimullaşdırılması atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması baxımından yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir.

Qeyd edək ki, Bakı şəhərində istifadə edilən yük və sərnişin avtomobillərinin xeyli hissəsi dizel yanacağı ilə işləyir. Maraqlıdır, Bakıda dizellə işləyən avtomobillərin istismarının qadağan edilməsi nə qədər realdır?

Ekoloq Rahim Əliyev deyib ki, dizel tullantı qazları tərkibində qara karbon və poliaromatik karbohidrogen kimi kanserogen maddələrlə zəngindir. Bu da tənəffüs yollarına, ağciyərlərə, eləcə də bütün orqanizmin qan dövranına çox böyük mənfi təsiri var. “Dizel yanarkən ayrılan azot oksidləri birbaşa tənəffüs yolları xəstəliklərinə gətirib çıxarır. Eyni zamanda oksigen və günəş işığının təsiri ilə reaksiyaya girərək zəhərli maddələrin yaranır ki, bu da insan sağlamlığı və ətraf mühit üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin araşdırmaları da göstərir ki, dizelin tullantılarının tərkibindəki qara hisin insanlarda xərçəngə səbəb olur. O ki, qaldı dizellə hərəkət edən avtomobillərin qadağan olunmasına, bu məsələ illərdir ki, gündəmdədir. Hökumət bu istiqamətdə atacağı addımları müəyyənləşdirir. Bunun üçün böyük zaman və ciddi maliyyə resurslarına ehtiyac var. Bir sıra Avropa ölkələrində artıq dizel mühərrikli avtomobillərinin hərəkəti qadağan edilib. Həmin ölkələrdən istismarı qadağan olan dizel mühərrikli avtomobillərin bir qismi də bizim ölkəmizə gəlib çıxıb. Hələlik həmin avtomobillərin istismarı üçün heç bir qadağa yoxdur. Amma bu o demək deyil ki, hər zaman bu belə olacaq. Zaman ötdükcə Azərbaycanda da dizellə işləyən avtomobillər qadağan ediləcək. Bu bir faktdır ki, dizel mühərrikli avtomobillər atmosferə daha çox zəhərli qaz buraxır. Bununla da atmosfer daha çox çirklənir. Ona görə də ola bilsin ki, yaxın gələcəkdə ölkəmizdə də dizel mühərrikli avtomobilin istismarı qadağan edilsin”.

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzə ekspert Elməddin Muradlı isə deyir ki, dizel mühərrikli avtomobillərin istismarına qadağa hər ölkə üçün əlverişli ola bilməz: “Azərbaycanda avtomobil bazarı elə bir iflic vəziyyətə salınıb ki, dizel və ya benzinlə çalışan hər hansı bir avtomobili istismardan çıxarmaq vəziyyəti qəlizləşdirə bilər. Düzdür, dizel mühərrikli avtomobillər ekologiyaya ciddi zərər vurur. Eyni zamanda dizelin keyfiyyəti də sual altındadır. Belə avtomobillərin atmosferə atdığı zərərli qazlar müxtəlif xəstəliklərə səbəb olur. Nazirlər Kabinetinin 73 saylı qərarına görə, 2022-ci ildən Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsinə qadağa qoyulur. Avropa İttifaqının bəzi ölkələrində bu proses baş verir. Bəzi şəhərlərdə dizel mühərrikli avtomobilləri idarə edənlərə cərimələr tətbiq edilir. Lakin həmin ölkələrdə alternativlər var. Dövlət dizel mühərikkli avtomobil sahibi olan vətəndaşına yeni avtomobil almağı təşviq edir və bunu stimullaşdırır. Həmin ölkələrdə bank kreditlərinin faizləri azdır, avtokreditləşmə çox ucuzdur. İnsanlar köhnə avtomobillərini verib, yeni avtomobil almaqda heç bir çətinlik çəkmirlər. Azərbaycan da bu praktikaya müraciət etsin”.

Xatırladaq ki, Çin, Hindistan, Fransa, İngiltərə, Norveç fərqli tarixlərdə benzin və dizel mühərrikli avtomobillərin istismar edilməsinə qadağa qoymağı planlaşdırır. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, artıq 8 ölkədə bu istiqamətdə planlar hazırlanır. Bu ölkələr Avstriya, Danimarka, İrlandiya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Portuqaliyadır. Mütəxəssislərə görə, havanı daha çox dizel və benzin mühərrikli avtomobillər çirkləndirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #dizellə #işləyən #avtomobillər #qadağan #oluna #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin