Bakıda doğuş prosesini izləyən ata özündən getdi
Artıq bir müddətdir Azərbaycanda dəbdə olan atanın da doğuş və ya keysəriyyə əməliyyatında iştirakı prosesi bir çox kişilərdə ağır travmatik iz qoyur. Güclü cinsin nümayəndələri izlədikləri mənzərədən şoka düşür.
BEY.AZ medicina.az-a istinadən xəbər verir ki, Bakıda özəl klinikada keysəriyyə əməliyyatına girib, həyat yoldaşına dəstək olan gənc kişinin halı pisləşib.
Ginekoloq ana bətnindən yeni çıxarılan körpəni ataya göstərən kimi onun huşu gedib və arvadının əlini buraxaraq, yerə yıxılıb.
Tibbi personal isə ananı buraxaraq, atanı özünə gətirməklə məşğul olub.
Sevincli anlar lentə alınarkən bu məqam da videoya çəkilib.
Həmin videonu təqdim edirik.
Qeyd edək ki, xaricdə uzun illərdir mövcud olan bu tendensiyada çox kişilərin ürəyi tab gətirmir.
Bakıda da əlavə ödəniş və cütlüklərin arzusu ilə bir çox hallarda ata da əməliyyatxanaya buraxılır.