Bakıda döyülən 18 yaşlı qızla bağlı DİN-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda, Qanbay Vəzirov küçəsində 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.
Hadisə ilə bağlı BEY.AZ-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 9 da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub:
“Əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |