Bakıda gənc müəllim vəfat etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıdakı Məktəb Lisey Kompleksinin kollektivinə ağır itki üz verib.
Metbuat.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva məlumat yayıb.
Belə ki, məktəbin ingilis dili müəllimi, peşəkar təhsil işçisi Pərvanə Mahir qızı Muradi vəfat edib.
Məktəb direktoru bildirib ki, gənc müəllimin vaxtsız vəfatı onları sarsıdıb:
“Biz əsl müəllim, bir dəyər itirdik. Pərvanə müəllim həmişə yeni-yeni ideyaları ilə hamıya kömək etməyə, faydalı olmağa çalışırdı. Kollektivimiz adından ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.