fbpx

Bakıda Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan ilə Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

BEY.AZ xəbər verir ki, Azərbaycanı iclasda Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hindistan tərəfini isə sənaye və ticarət üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Anupriya Patel təmsil edib.

İclasda Azərbaycanla Hİndistan arasında müxtəlif sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, ətraf mühit, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra Hindistan-Azərbaycan ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak etmək üçün Hindistan Respublikası Sənaye və Ticarət üzrə Dövlət Naziri, Hökumətlərarası Komissiyanın həmsədri xanım Anupriya Patelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra dövlət qurumlarının rəsmiləri ilə görüşəcək.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #HindistanAzərbaycan #Hökumətlərarası #Komissiyasının #iclası #keçirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu