Bakıda iki nəfərin ölümü ilə bağlı araşdırma başladı
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən BEY.AZ-a bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.