fbpx

Bakıda iki polisi güllələyən şəxs həbsdə ÖLDÜ

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda həbsxanada məhkum ölüb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, G. Lətifov polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib. Hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. G. Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. F. Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib. Güllələnən Akif Nəzərov həmin dövrdə Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini olub. İnsident zamanı xəsarət alan, rəis müavininin oğlu Asif Nəzərov həmin dövrdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çalışıb.

Bakıda iki polisi güllələyən şəxs həbsdə öldü





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin