Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarına Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı satmaq istəyən zaman tutulub.
Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb. Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.