fbpx

Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazandılar


Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.

BEY.AZ xəbər verir ki, 3 lent və 2 topla çıxışda fəxri kürsüdə yer alıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət uğurlu çıxış edərək, 29,950 bal toplayıb. Yığmamız Bolqarıstan (33,900) və İtaliyadan 33,700 geri qalıb.

Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə biməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş, Bolqarıstan (37,750) bürünc medal qazanıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürüncə sahib çıxıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin