fbpx

Bakıda kirayə mənzil qiymətləri kəskin artdı



Avqust ayının sonlarından başlayaraq Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin artması, həmçinin mənzil çatışmazlığı müşahidə olunur. Ekspertlər qeyd edirlər ki, adəti üzrə yeni tədris ilinin başlanması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını başlayır ki, bu da paytaxtda kirayə evlərə tələbatı artırır, eləcə də buna paralel olaraq, qiymətlər də artır.

BEY.AZ xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a açıqlamasında 2016-cı ildən başlayaraq, paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü prosesinə start verildiyini bildirib.

“Bu günə qədər çox sayda köhnətikili bina sökülərək, yenitikili binalarla əvəzlənib ki, sökülən hər köhnətikili binalarda və yaxud fərdi yaşayış evlərində olan kirayəlik mənzillər artıq kirayə mənzil bazarından çıxıb. Həmin ərazilərdə yaşayan sakinlər də evləri söküldüyü gündən yenitikili binalarda mənzillə təmin olunana qədər təxminən 2-3 il müddətinə kirayəyə çıxmalı olurlar. Sökülən hər köhnətikili binanın yerində yenitikililər inşa edildikcə, artıq yenitikili binalarda kirayə mənzillər daha baha qiymətə təklif olunur.

Bundan başqa, daşınmaz əmlak bazarında uzun müddətdir ki, qiymət artımları baş verir, nəticədə bu proses kirayə mənzillərin qiymətinə də öz təsirini göstərir. Hər il olduğu kimi, artıq yeni tədris ili başladığına görə avqust ayının sonundan başlayaraq, paytaxt Bakı şəhərində kütləvi tələbə axını başlayıb ki, bu da adəti üzrə kirayəlik mənzillərə tələbatı artırır və nəticədə qiymətlər artır”, – o vurğulayıb.

Ekspert qeyd edib ki, paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərdə artıq əlçatan qiymətə mənzillər qalmadığına görə xüsusən də tələbələr daha çox Bakı ətrafı ərazilərə üz tuturlar:

“Bu səbəbdən kənar ərazilərdə də kirayə mənzillərə tələbat artır. Artıq paytaxtın Baş Planı təsdiq olunub və layihənin 2040-cı ilə qədər həyata keçiriləcəyi bildirilir. Bu səbəbdən çox sayda köhnə çoxmənzilli yaşayış binası və fərdi ev sökülərək, müəyyən infrastruktrlar üçün istifadə olunacaq və yenitikili binalarla əvəzlənəcək. Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində ucuz qiymətə olan kirayə mənzillərin sayı tamamilə minimuma enəcək.

Buna paralel olaraq köhnətikili binalardakı kirayə mənzillərə tələbat artdıqca, yenitikili binalarda bir çox mənzillər boş qalmışdı. Səbəb qiymətlərin əlçatan olmamasıdır. Bu səbəbdən gələcəkdə yenitikili binalardakı kirayəlik mənzillərin qiymətində enmələr müşahidə olunarsa, kirayə mənzil bazarında 10 minlərlə yeni mənzil vətəndaşların istifadəsinə verilmiş olar. Lakin hazırda qiymətlər kəskin bahadır və enmə müşahidə olunmur”.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin