fbpx

Bakıda kirayə mənzil tapılmır – Səbəb nədir?

Rüya Yorumları burda


“Hal-hazırda kirayə mənzil bazarında çatışmazlıq yaşanır. Bunun səbəblərindən birincisi məktəblərin, universitetlərin açılması ilə bağlıdır. Digər səbəbi isə kirayə mənzillərin qiymətinin yuxarı olmağından irəli gəlir”.

Bu sözləri BEY.AZ-a açıqlamasında əmlak eksperti Ülvi Əliyev deyib. O qeyd edib ki, sentyabr ayında digər aylardan fərqli olaraq vətəndaşlarımızın daha çox mənzil axtarışında olmasının şahidi oluruq:

“Bugünkü statistikaya görə, insanlar əsasən 400-500 manat arası kirayə mənzillər axtarırlar. Bu qiymətə də evlər hazırda az saydadır. Demək olar ki, yoxdur. Bir neçə əmlak şirkətlərində də “kirayə mənzil yoxdur” yazısının şahidi oluruq. Bunun digər səbəbi odur ki, tələbələr tətil zamanı kirayə ev tapa bilmədikləri üçün 3 ayın ödənişini öncədən edirlər”.

Ekspert bildirib ki, yeni tikili binalarda 2 otaqlı mənzilin qiyməti 700-750 manatdan başlayır. Köhnə binalarda isə 600-650 manat arasıdır.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu