Bakıda klassik avtomobillərin yürüşü olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.
Federasiyadan Metbuat.az-a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.
Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün əlaqə:
(012) 505 60 03 və ya (050) 295 01 00
e-mail: [email protected]
Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.