Bakıda “London Taxi”nin vurduğu piyada xəstəxanada ölüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda “London Taxi”nin vurduğu piyada xəstəxanada ölüb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 13-də saat 22 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada paytaxt sakinləri Nurlan Hümbətovu vurub, sonra orada dayanmış “Mitsubishi” markalı avtomobillə çarılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.