Bakıda məşhur lisey bağlandı
Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.
BEY.AZ xəbər verir ki, bu barədə qurum özü elan edib.
Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib.
Bu tədris ilində liseydə 200 şagird təhsil alıb.
Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.
Özəl liseydə illik təhsil haqqı aşağıdakı kimi idi:
Təhsil haqqı Azərbaycan vətəndaşları üçün manatla, xarici vətəndaşlar üçün isə avro ilə müəyyənləşib.
Bağça |
9680 AZN |
5500 Avro |
İbtidai məktəb |
18150 AZN |
10290 Avro |
Kollec və Lisey |
19480 AZN |
11070 Avro |
11-12-ci siniflər |
22990 AZN |
12030 Avro |
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |