Bakıda mənzildən naməlum şəraitdə 15 min dollarlıq antik əşyalar oğurlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15 min dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub. Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdikləri əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum edilmiş, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #mənzildən #naməlum #şəraitdə #min #dollarlıq #antik #əşyalar #oğurlanıb