fbpx

Bakıda “Media savadlılığı” konfransı keçirilir

Rüya Yorumları burda

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda ənənəvi “Media savadlılığı” konfransı keçirilir.

BEY.AZ xəbər verir ki, “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının və səmərəli kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

Konfransda aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin sahə üzrə yerli və xarici ekspertlər və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edir.

Qeyd edək ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media savadlılığı platforması da fəaliyyət göstərir.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu