Bakıda memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş və tarixi memarlıq abidəsi olan binanın dam örtüyündə həmin binanın sahibkarı tərəfindən mansard inşa olunduğu müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.
Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. BŞİH-nin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.
Sahibkara ciddi xəbərdarlıq edilib. Bir daha həmin sahibkarın diqqətinə çatdırılıb ki, tarixi binada hər hansı tikinti işlərinin aparılması yolverilməzdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.