fbpx

Bakıda mühasib işlədiyi şirkətdən 55 min oğurladı

Rüya Yorumları burda


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın məhkəmə prosesi keçirilib.

BEY.AZ “Unikal”.az-a istinadən bildirir ki, “Akrali Metal” şirkətinin 55 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralı da vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib.

Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu