Bakıda ödənişli xidmətlərin dəyəri artdı
Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 004,2 milyon manat olub.
Bu barədə BEY.AZ-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,5 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 730 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,9 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin 5 ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 % artaraq 4 milyard 812,7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 626 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |