Bakıda ödənişli xidmətlərin dəyəri artıb
2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 940,3 milyon manat təşkil edib.
BEY.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz çoxdur.
Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 643,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |