Bakıda orta aylıq əməkhaqqı 975 manata yaxınlaşıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı şəhəri üzrə bu ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 974,7 manat təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 948,9 manat olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.