fbpx

Bakıda özəl hava limanı – Nələr vəd edir?

Rüya Yorumları burda


Ələt Azad İqtisadi Zonasında özəl aeroportun yaradılması sözügedən ərazidə cəlbediciliyi daha da artırmaqla yanaşı, investisiya axınına da müsbət təsir göstərəcək.

BEY.AZ xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşasının verəcəyi dividentlər barədə danışarkən deyib.

“Azərbaycanda strateji mövqe ölkəni nəqliyyat qovşağına çevirməkdir. Xüsusilə də burada önə çıxan yükdaşıma məsələsidir. Hava nəqliyyatı ilə yükdaşımada isə özəl sektorun iştirakçılığı daha çoxdur. Ələt Azad İqtisadi Zonasından söhbət gedirsə, burada müxtəlif nəqliyyat növlərinə əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir. Orada avtomobil, dəmiryol nəqliyyatı və dənizə çıxış var. Bu fonda hava nəqliyyatı üçün infrastruktura da ehtiyac yaranır. Çünki hava nəqliyyatı dünyada ən sürətli yükdaşımanı təmin edən mexanizm olaraq qalır. Bu aspektdən düşünürəm ki, Ələt Azad İqtisadi Zonasının uzunmüddətli inkişaf perspektivi üçün həmin aeroportun tikilməsi çox vacib elementdir.

Yükdaşımanın sürətinin artırılması, xüsusən də həssas məhsulların daha təhlükəsiz daşınması baxımından hava limanı vacibdir və bu struktur gələcəkdə həmin ərazilərə cəlb edilən investisiyaya da təsirini göstərəcək. Yəni bu addım imkan yaradır ki, Azərbaycanda yük daşımalardan əldə olunan gəlirlərin artması ilə yanaşı, azad ticarət zonasının subyektləri, rezidentləri də daha əlverişlli hava nəqliyyatı infrastrukturundan istifadə etsin. Çünki ölkədə ən ciddi problemlərdən biri hava nəqliyyatında tətbiq edilən tariflərdir. Ələtdə yeni aeroportun fəaliyyət göstərməsi isə bu istiqamətdə xərc yükünü azaltmaqla daha optimal qiymətə yükdaşıma xidmətini təşkil etməyə imkan yaradacaq”, – o bildirib.

Qeyd edək ki, mətbuatın yazdığına görə, “Silk Way Group” şirkətlər qrupu COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni hava limanı inşa edəcək.

Rüya tabirlerini burdan oku

Yeni yük hava limanı 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq, yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.

Hava limanının tikintisinin 2026-cı ildə başa çatdırılacağı bildirilir.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu