fbpx

Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edildi



Bakıda parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib.

BEY.AZ-ın Qaynarinfo.az-a istinadən məlumatına görə, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən parkda baş verib. Z.M. bacısı ilə parkda dincələnən zaman 1995-ci il təvəllüdlü M.B. onun əyləşdiyi oturacağa oturaraq tanış olmaq istədiyini bildirib.

Qız həmin şəxs tərəfindən narahat edildiyi üçün bacısı ilə yaşadığı evinə doğru piyada hərəkət etməyə başlayıb.

Bu zaman M.B. yenidən ona yaxınlaşıb, onu narahat etməyə başlayıb.

Qızın şikayəti əsasında M.B. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.B. barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin