Bakıda polis nəfəri avtoqəzada həyatını itirdi
Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BEY.AZ-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.
“Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib”, məlumatda vurğulanıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |