Bakıda polis rəisi iş otağında dünyasını dəyişdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda polis rəisi kabinetində dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.
Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında iş vaxtı halı qəfil pisləşib.
Hadisə yerinə həkim briqadası çağırılsa da, şöbə rəisinin həyatını xilas etmək mümkün olmayıb.
Polkovnik-leytenant otağında ürək tutmasından vəfat edib.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.