Bakıda qadın evindən zorla çıxarıldı: Mənzil dağıdıldı
Bakıda söküntü işlərinin aparıldığı ərazidə qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.
BEY.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.
Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar.
Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.
Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.
Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |