fbpx

Bakıda qalmaqallı məktəbə direktor təyin edildi



Bakı şəhəri 112 saylı məktəbə yeni direktor təyin edilib.

BEY.AZ Modern.az-a istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib. O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.

Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu.

Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin