fbpx

Bakıda qayınana boşanmaq istəməyən gəlini döydü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakının Nizami rayonunda 1974-cü il təvəllüdlü Süsən ailə münaqişəsi zəminində gəlini Nəzrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Metbuat.az “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə bu il yanvarın 2-də baş verib. Münaqişəyə səbəb Nəzrinin Sahibdən boşanmaqdan imtina etməsi, birgə yaşadıqları evi tərk etmək istəməməsi olub.

Bu zaman onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Süsən yumruqla Nəzrinin bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarətlər yetirib

Rüya tabirlerini burdan oku

Hadisəni törədən Süsən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, yanvarın 2-də, saat təxminən 12 radələrində oğlu Sahib evə gələrək Nəzrinə onunla boşanmaq istədiyini deyib. Onun sözlərinə görə, bu zaman Nəzrin ağlayaraq boşanmaq istəmədiyini bildirib və mübahisə ediblər. O qeyd edib ki, sonra onunla gəlini arasında mübahisə olub və o, gəlininə xəsarət yetirib.

İş üzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, yanvarın 2-də, saat təxminən 12 radələrində əri Sahib yaşadıqları evə gəlib:

“Sahib mənə boşanmaq istədiyini, əşyalarımı yığıb evdən getməyimi bildirdi. Mən də ona etiraz etdim. Bununla bağlı aramızda mübahisə yarandı. Sahibə “bizim aramızda olan münasibəti sənin anan pozdu” dedim. Bu zaman qayınanam Süsən ünvanıma nalayiq ifadələr işlətdi. Mən də qayınanama qarşı nalayiq ifadələr işlətdim. Bu zaman qayınanam mənə tərəf gəldi, yumruqla sinə və baş nahiyələrimə vurdu”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Süsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #qayınana #boşanmaq #istəməyən #gəlini #döydü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu