Bakıda restoranın həyətyanı sahəsində qanunsuz ağac kəsilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.
O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb: “Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #restoranın #həyətyanı #sahəsində #qanunsuz #ağac #kəsilib