Bakıda sərnişin avtobusu qəza törətdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən gün saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 saylı müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.
Bildirilir ki, KİV-də qəza zamanı 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.