Bakıda şirkətə məxsus avtomobil 50 yaşlı kişini vuraraq öldürdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Elməddin Seyidov “Amburan İK” MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #şirkətə #məxsus #avtomobil #yaşlı #kişini #vuraraq #öldürdü