Bakıda şirkətdən oğurluq edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində şirkətlərdən birinin həyətinə girən 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar – P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıblar.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.