Bakıda sıxlığın azaldılması üçün addım atıldı
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Nazim Hikmət və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində olan svetoforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BEY.AZ-a bildirilib ki, həmçinin Nazim Hikmət küçəsindən Mətbuat prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun yaşıl işığının müddəti 13 saniyə artırılıb. Əvvəllər isə Nazim Hikmət küçəsindən kəsişməyə daxil olan sürücülər burada bir qədər gözləməli olurdular.
Dəyişiklikdən sonra bu yolda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub və kəsişmədə yaranan nəqliyyat ləngiməsinin qarşısı alınıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |