Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O. Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.
Hadisəylə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.