Bakıda Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi ikinci iclas keçiriləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Sentyabrın 6-8-də Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclası keçiriləcək. İclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Həmçinin, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #Təbii #Fəlakət #və #Fövqəladə #Halların #İdarəedilməsi #ikinci #iclas #keçiriləcək