Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO
BEY MEDIA İnformasiya agenti xəbər verir
Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər. Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.
Metbuat.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan videoda bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona “yıxılarsan, çox qabağa getmə” deyib.
Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır.
“Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək”,- deyə Ceyran Məmmədli qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.