fbpx

Bakıda təmizlikçi qadın həyatını belə riskə atdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı baza Tibb Kollecinin işçisi həyatını riskə atıb.

Metbuat.az-ın qaynar xəttinə gönərilən görüntülərdən də aydın olur ki, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən təmizlik işçisi 4-cü mərtəbənin çöl tərəfindən pəncərəni silir.

Məsələ ilə bağlı Metbuat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sorğu ünvanlayıb. Sorğuya cavab olaraq Xidmətin mətbuat katibi Aynur Osmanqızı bildirdi ki, görüntülər araşdırılmaq üçün aidiyyatı üzrə müvafiq şöbəyə yönləndirilib.

Baş verənlərə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, binaların şüşələri təmizlənən zaman bütün təhlükəsizlik tədbirləri görülməli, bu işi görən şəxslər nəzərə alınmalıdır. Yəni hər insanı çoxmərtəbəli binanın bir pəncərəsindən çıxardıb orada hansı bir təmizlənməsi işini tapşırmaq düzgün deyil.

“Yəni bunun üçün ilk növbədə xüsusi kurs keçmiş şəxslər bu kimi işlərə cəlb edilməlidir. Yalnız təhlükəsizlik tədbirləri tam yerinə yetirildikdən sonra təhlükəsizlik işlərinə başlanılmalıdır. İlk növbədə küləyin gücü nəzərə alınmalıdır. Əgər hava çox küləklidirsə təmizlik işlərini təxirə salmaq lazımdır. Ümumiyyətlə temperatur mənfi dərəcədirsə, hava şaxtalı, qarlıdırsa şüşələrin təmizlənməsi yol verilməzdir. Təmizlik prosesi zamanı mütləq şüşənin kövrəkliyi nəzərə alınmalıdır. Pəncərə çərçivəsində olan kələ-kötürlük, iti ucların olması diqqətdən yayınmamalıdır. Bu birmənalı olaraq yolverilməzdir. Qaydalara görə, həmin şüşələr yeni bir şüşələrlə əvəz olunub, ondan sonra təmizlik prosesi həyata keçirilməlidir. Bu amillər həm şüşə təmizləyən şəxsin öz həyat və sağlamlığını təhlükəyə atmamaq, həm də digər insanların həyat və sağlamlığında hər hansı təhlükə riskinin olmaması üçün vacibdir. Növbəti addımda nəzərə alınmalı olan amillər arasında nərdivanı şüşəyə söykəməmək, suyun temperaturu da var. Şüşə təmizliyi zamanı su 60 dərəcədən yuxarı olmalı deyil. Qaranlıq saatında işlərin görülməsi də yolverilməzdir”.

Ekspert vurğuladı ki, şüşələrin təmizlənməsi zamanı sadalanan təhlükəsizlik tədbirləri kompleks görülməlidir. Hündürlükdə işləyən şəxsin təhlükəsizlik kəmərindən istifadə etməsi, daha sonra fərdi və obyektiv mühafizə vasitələri ilə təchiz edilməsi, xüsusi geyimin ayaqqabının olması vacibdir. Müsahibimiz onu da qeyd etdi ki, əgər şüşə təmizlənməsi zamanı işçinin həyat və sağlamlığı təhlükə riski varsa, yəni o işçi o işi görməkdən imtina etməlidir.

“Ümumiyyətlə bu işlərin görülməsinə alpinistlər, xüsusil qaldırıcı kranlar cəlb edilməlidir. Hündürmərətəbəli binaların şüşələrinin təmizlik prosesi zamanı təhlükə olmadığı təqdirdə yalnız daxildən şüşələrin təmizlənməsi işçi tərəfindən görülə bilər. Bu şərtlə ki, işçinin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmasın. Əks təqdirdə iş prosesi zamanı hər hansı bir adi işçi kiçik diqqətsizlik nəticəsində xəsarət alıb həyatını belə itirə bilər”.

Qeyd edək ki, 3 il öncə də bu təşkilatda eyni məsələni gündəmə gətirmişdik. Görüntülərin olmasına baxmayaraq kollecdən fakt təkzib edilmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin