Bakıda tanınmış müğənni axtarışa verildi
Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub.
BEY.AZ Globalinfo.az-a istinadən xəbər verir ki, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə onun axtarışa verilməsini qərara alıb.
Bundan əlavə bildirilir ki, Binəqədi Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.
Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |