fbpx

Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bölməyə paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin