fbpx

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən saxlanıldı

BEY MEDIA İnformasiya agenti xəbər verir


Bakıda Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxsin kimliyi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, 1985-ci il təvəllüdlü Fuad İsmayılovdur.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. F.İsmayılov ilkin izahatında əməlini etiraf edib.

Müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, adıçəkilən şəxs Bakıda Qara Qarayev metro stansiyasının yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsərək dövlət rəmzini yerə salıb.

Xatırladaq ki, Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin