Bakıda universitetin bağlanacağı iddiaları ilə bağlı rəsmi açıqlama
Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
BEY.AZ-ın AzEdu.az-a istinadən xəbərinə görə, universitetin Mətbuat xidmətindən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib:”Paylaşım əvvəlcə teleqram, daha sonra isə tiktok sosial şəbəkəsində paylaşılıb. Bəyənmə və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər hansısa bir xəbərdarlıq edilməyib. Yoxlanılma aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.
Həmin paylaşımı təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.