fbpx

Bakıda uşaqlardan ibarət dəstədən tükürpədən addım



Bakıda bir neçə həyət və darvazalara üzərində qan ləkələri olan kağız parçaları yapışdırılıb.

BEY.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Şikayətçinin sözlərinə görə, hadisə mayın 19-da Bülbülə qəsəbəsində baş verib.

Məlumata əsasən, sözügedən əməl bir neçə azyaşlı tərəfindən dəstə halında törədilib. Həmin qan ləkələri olan kağızlara təhdidlər yazılıb. Uşaqlar divar və darvazalara yapışdıra bilmədikləri kağızları daşa bükərək sakinlərin həyətlərinə atıblar.

Qeyd olunub ki, sakinlərdən biri hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat verib və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində şikayət ərizəsi yazıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı məlumatlı olduqları və hazırda araşdırma aparıldığı bildirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin