fbpx

Bakıda XII Avropa Film Festivalı başlayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda Çexiya istehsalı olan “Sahiblər” ekran əsərinin nümayişi ilə Avropa filmlərinin illik festivalı işinə başlayıb.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi XII Avropa Filmləri Festivalı noyabrın 14-dən 25-dək keçiriləcək.

Tədbirin açılışında Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko vurğulayıb ki, bu, pandemiyadan sonra ilk film festivalıdır.

Rüya tabirlerini burdan oku

“Çox şadam ki, bu il illik film festivalını yenidən böyük ekrana qaytara bildik. Bu, Aİ və Aİ-yə üzv dövlətlərin Azərbaycanda çoxdankı və populyar təşəbbüslərindən biridir. Azərbaycan auditoriyasına ən son filmlər, Avropa mədəniyyəti və dəyərləri haqqında daha çox öyrənmək, müzakirələrdə iştirak etmək və əlaqələr qurmaq imkanı təqdim etmək istərdik”, – o deyib və əlavə edib ki, 2010-cu ildən indiyədək film festivalı dövründə 158 film nümayiş olunub.

Qeyd edək ki, festival çərçivəsində Aİ-nin 11 ölkəsinin və Ukraynanın filmləri nümayiş olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu